Səmra: “Mən olmasam, kimə baxıb ilham alardınız?!”

17:59

15 May

lady gaga

Müğənni Səmra Rəhimli sosial şəbəkədə həmkarlarına söz atıb.

 

Primetime.az xəbər verir ki, ifaçı sonuncu klipi olan “Armas”da  taxdığı maskasını paylaşaraq bu sözləri qeyd edib:

 

“Bu maskanı anam öz əlləri ilə tikib, heç yerdən alınmayıb. Necə ki, bir çox geyimlərimi və klipdəki aksessuarları özü düzəldir. İndi gedin, görüm obrazlarımı birinci kim təkrarlayacaq? Çox gülməlisiniz, mən olmasam kimə baxıb, ilham alardınız? Yaxşı ki, Səmra var, bu şou-biznesə rəng qatır, fil qulağında yatanları isə oyadıb”.

Sizə maraqlı ola bilər