Sərnişinlərə şad xəbər: metronun bu stansiyasında təmir başa çatdı

18:50

13 Fevral

Fevralın 13-də metronun “Həzi Aslanov” stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılan “ET-5M” markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib.

 

lady gaga

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb.

 

Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avadanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

 

2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

Sizə maraqlı ola bilər