Sərxoş sürücü Səngəçalda ağır qəza törətdi – FOTO

15:41

9 Noyabr

lady gaga

Bakı – Astara yolunun Səngəçal (Qaradağ rayonu) qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az Oxu.Az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Mersedes” markalı minik avtomobili “Volvo” yük avtomobilinə çırpılıb. Nəticədə “Volvo” yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində 3 nəfər, o cümlədən hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, “Mersedes”in sürücüsü sərxoş vəziyyətdə olub.

 

Faktla bağlı texniki ekspertiza aparılır.

Sizə maraqlı ola bilər