Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlandı

15:57

11 Yanvar

lady gaga

Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb.

 

Primetime.az DİN-ə istinadən xəbər verir ki, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.

Sizə maraqlı ola bilər