Müəllimə şagirdi döydü, digər şagird kameraya çəkdi – Valideynlər isə… – VİDEO

17:13

16 May

lady gaga

Türkiyənin Bolu şəhərində 2-ci sinif şagirdinin qulağını çəkib şillə vurduğu görüntüləri ilə gündəmə gələn müəllimə G. Y. haqqında araşdırma davam edərkən 20 valideyn imza toplayaraq müəlliməyə dəstək verib.

 

Primetime.az xəbər verir ki, görüntülər müəllimənin sinifdə qonaq olan keçmiş şagirdi tərəfindən qeydə alınıb. Hadisədən sonra uşağın atası verdiyi ifadədə müəllimədən şikayətçi olmadığını bildirib. Açıqlama verən G.Y. isə baş verənlərlə bağlı üzgün olduğunu və bir anda meydana gəldiyini deyib.

 

Bundan sonra sinifdə olan 20 şagirdin valideyni imza toplayaraq Bolu icra başçısına göndərib. Valideynlər adından göndərilən ərizədə “uşağım 2 D sinfində müəllimə G.Y.-dən təhsil alır. Son zamanlar müəlliməmiz haqqında media və sosial şəbəkədə çıxan xəbərlər şişirdilərək başqa tərəfə çəkilir. Lakin mən müəlliməmizin istər verdiyi təhsildən, istərsə də sinif daxilindəki davranışından razıyam” – deyə qeyd olunub.

Sizə maraqlı ola bilər