Dj Çina “Mustang”la qəzaya düşdü: dəmirlərə çırpıldı – VIDEO/FOTO – YENİLƏNDİ

19:14

7 Noyabr

lady gaga

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az-ın əldə etdiyi məlumata görə, qəza bir az əvvəl “Sahil” metro stansiyasının qarşısında qeydə alınıb.

 

Belə ki, “Ford Mustang” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir lövhəyə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananın olmadığı deyilir.

 

***

 

Əldə etdiyimiz məlumata görə, qəzaya düşən avtomobil dicey Çingiz Mustafayevə (Dj Çina) məxsusdur və sükanda da özü olub.

 

 

Sizə maraqlı ola bilər