Şahzadə Meqan bu dəfə geyimi ilə gündəm oldu – FOTOLAR

13:37

20 İyun

lady gaga

İngiltərənin tanınmış zənginləri hər il ənənəvi olaraq keçirilən “Royal Ascot” at yarışları festivalında bir araya gəlib. Kraliça ikinci Elizabet də ən çox sevdiyi festivalın açılışında iştirak edib.

Bütün Kraliyyət ailəsi üzvləri at arabaları ilə festivalın keçirildiyi əraziyə gəliblər. Amma gələn qonaqlar  içində şahzadə Meqan Markel daha çox diqqət mərkəzində olub. Buna səbəb isə onun geyimi olub.

Belə ki, “Givenchy” markasına məxsus olan geyimini “Philip Treasy” imzalı şlyapa ilə tamamlayan Markel, görüntüsü ilə heyranlarının və moda mütəxəssislərinin müzakirə mənbəyinə çevrilib. O, geyimləri ilə milyonlarla qadının sevimlisinə çevrilən ailənin digər gəlini Keyt Midlton ilə müqayisə olunub.

Meqanın geyimini görən sosial media istifadəçiləri fotolara  “paltarı əynindən tökülür”, “özünə moda mütəxəssisi tapsın” və hətta “heç olmasa Keytdən məsləhət alsaydı” kimi şərhlər yazıblar.

Sizə maraqlı ola bilər