Salyanda iki uşaq anası intihar etdi

10:56

7 Dekabr

lady gaga

Salyan rayonunda iki uşaq anası intihar edib.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib.

 

Belə ki, 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib.

 

Gənc qadının asılmış vəziyyətdə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb.

 

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Sizə maraqlı ola bilər