Şamaxıda 2,2 metr uzunluğunda iki nəhəng ilan öldürüldü – FOTO

21:07

14 Mart

Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.

 

lady gaga

Rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub.

 

Sakinlər bildiriblər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.

 

Xatırladaq ki, ötən il Ağsu rayonunun Bico kəndi ərazisində də belə bir hadisə baş vermişdi. Kənd sakinləri dağlıq ərazidə uzunluğu 2 metr 60 santimetr olan nəhəng Qafqaz gürzəsini ov tüfəngi ilə öldürmüşdülər.

 

\\Trend

 

Sizə maraqlı ola bilər