Samir Bağırov: “Röyanın səsi bu günə olan ən gözəl səsdir”

14:25

14 Sentyabr

lady gaga

“Röyanın səs tembrı valeh edir. Mahnı seçimi məni hər dəfə qane etmir”.

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov əməkdar artist Röya barəsində deyib. O bəstəkar-müğənni və aparıcı Murad Arifin “Popumuz var” layihəsinin qonağı olub:

“Aygün Kazımova ilə Röyanın oxşar cəhəti mahnılarında müxtəlif istiqamətlərə yönəlmələridir. Düşünürəm ki, Röyanın səsi bu günə olan ən gözəl səsdir”.

Sənətçi son zamanlar gündəm də olan müğənni Damla barəsində də danışıb:

“Damlada məni cəlb edən cəhət xalqın onu sevməsi və istəməsidir. O, çox ağıllı və tərbiyəli qızdır. Onun verdiyi cavabları çox bəyənirəm. Ona söz atanların səviyyəsinə enmir. Damalnın  repertuarı, stili üzərində çalışsalar, onu super star etmək olar. Onun türk ifaçılarına bənzəməsininən dəyişməsinin tərəfdarıyam”.

Sizə maraqlı ola bilər