Satıcı-robot ilk iş yerindən qovuldu

18:00

22 Yanvar

lady gaga

Yapon şirkəti “SoftBank” tərəfindən istehsal olunmuş satıcı-robot Pepper ilk iş yerindən azad edilib.

Belə ki, robot ticarət zalına quraşdırıldıqdan bir həftə sonra mağaza rəhbərliyini qane etməyib və oradan uzaqlaşdırılıb.

Mağaza sahibinin sözlərinə görə, robot alıcılara məhsul seçimində heç bir köməklik və xidmət göstərə bilməyib.

Onun həmçinin zəif eşitdiyi də vurğulanıb.

 

Qeyd edək ki, insanabənzər robot 2015-ci ildə şirkətlərdə katibələri əvəz etmək üçün yaradılmışdı.

 

Sizə maraqlı ola bilər