Saunada yanğın baş verdi

22:31

11 Fevral

lady gaga

Qax rayonunda yanğın hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Qum kəndində ümumi sahəsi 130 m² olan tikilinin (hamam kimi fəaliyyət göstərir) buxar otağının lambirindən ibarət tavanı 25 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər