Şaxta Babanın “sirrini” açan müəllimə işdən qovuldu

16:35

6 Dekabr

lady gaga

ABŞ-ın Nyu Cersi ştatında birinci sinif uşaqlarına Şaxta babanın gerçək olmadığını deyən müəllimə işdən çıxarılıb.

 

Primetime.az xəbər verir ki, adı sadəcə “Xanım M” olaraq bilinən müəllimənin uşaqlara Şaxta Babanın və digər mifoloji fiqurlar olan elflər, uçan marallar, diş pərisi və Pasxa dovşanının da həqiqət olmadığını dediyi bildirilib. “Cedar Hill” adlı məktəbin müdiri Maykl Rac, müəlliməni uşaqların xəyal dünyasını dağıtmaqda günahlandıran valideynlərə üzr məktubu göndərib. Sözügedən ərazidə yerləşən digər məktəblərdən cavabdeh olan Rene Rovtar sözügedən müəllimənin işdən çıxarıldığını bildirib.

 

Özünün də bir valideyn olduğunu və uşaqların həssasiyyətini anladığını deyən Rovtar, “Twitter” hesabında Şaxta baba ilə çəkilmiş fotosunu paylaşaraq “mən inanıram” şərhini yazıb.

 

 

Sizə maraqlı ola bilər