Səidə Sultan: “Heç vaxt ailə qurmaq həvəsində olmamışam” – VİDEO

18:51

15 May

lady gaga

Bu gün müğənni Səidə Sultan Aytən Səfərovanın aparıcısı olduğu “Xüsusi layihə”  verilişinin qonağı olub.

 

Tanınmış ifaçı efir zamanı ailə qurmamasından da söhbət açıb və maraqlı fikirlər səsləndirib:

 

“Mən heç vaxt ailə qurmaq həvəsində olmamışam. Ailəni elə önəmli saymamışam. Bacılarım ailə qurandan sonra ailə mənim üçün maraqlı olub. Ailə mənə maraqlı olanda da istədiyim alınmır. Həmişə arzulamışam ki, istədiyim adama gedim. Amma belə olurdu ki, kimsə istəyirdi. Amma mənim ona heç bir hissim, marağım yoxdursa, o ailədən ailə olmaz. Məni alan, sevən olduğum kimi alacaq, sevəcək, bəyənəcək. Mən də ona bir qadın olaraq başqa şeylər edəcəyəm. Kişidirsə, kişi kimi onun yanında olacağam. Allahı şahid tuturam ki, belə danışanların özləri hamıdan beş-betərdir. Sadəcə olaraq, onlar işini altdan-altdan görür. Bəlkə də, mən onların yanında onlara ağzı açıq baxaram. Onlar elə altdan-altdan işlər görürlər və insanların qabağına elə çıxırlar. Hər kəsi olduğu kimi qəbul etmək, sevmək lazımdır”.

 

 

A post shared by ATV OFFICIAL 🔘 HD ™ (@atv.officialhd) on

Sizə maraqlı ola bilər