“Sen Anlat Karadeniz”in aktrisası “O Ses Türkiye”yə görə serialdan çıxır?

11:57

11 Yanvar

lady gaga

Türkiyənin baxımlı kanallarından olan “Atv”də yayımlanan “Sen Anlat Karadeniz” serialının baş rol ifaçısı İrem Helvacıoğlunun serialdan çıxdığı iddia olunub.

 

Primetime.az xəbər verir ki, buna səbəb aktrisanın serialın rejissor və prodüseri Osman Sınavdan icazə almadan “O Ses Türkiye”nin xüsusi Yeni il buraxılışı üçün səhnəyə çıxması olub. Lakin O. Sınavdan reaksiya gəldiyi üçün aktrisanın olduğu səhnələr yayımlanmayıb.

 

Baş verən hadisədən sonra şirkətlə problem yaşayan İrem Helvacıoğlunun serialdan çıxacağı iddiaları ortaya atılıb. Məsələ ilə bağlı açıqlama verən Osman Sınav isə “Serialdan yüz insan çörək yeyir. Bu işə çox böyük əmək verilir. Bir səhv hərəkətə görə heç kimin çörəyi ilə oynaya bilmərəm” deyib.

Sizə maraqlı ola bilər