Sevda Ələkbərzadə: “Qal, sənə qurban”-VİDEO

16:45

3 Avqust

lady gaga

Əməkdar artist Sevda Ələkbərzadə “Qal, sənə qurban” mahnısını repertuarına daxil edib. 

Sözləri Mikayıl Müşfiqə, musiqisi isə Ələkbər Tağıyevə məxsus olan mahnını müğənni yeni aranjemanda ifa edib. Bu barədə Primetime.az-a açıqlamasında sənətçi özü bildirib:

“Mahnının ilk ifaçılarından biri xalq artisti Zeynəb Xanlarova olub. Elə mən də onun ifasında bu mahnını dinləyib,  sevmişəm. Mən isə sözügedən mahnını tam fərqli, müasir janrda ifa etmişəm. Bu işdə isə peşəkar komanda işləyib. Belə ki, mahnının aranjemanı Ramin Əli, klipin rejissorluğu isə Fərhad Əliyə məxsusdur. Stilim üzərində Leyla Məmmədova çalışıb.  Vizajımı isə Elnur Həsənova həvalə etmişəm. Ekran işində çoxlu video effektlərdən istifadə olub”.

 

Sizə maraqlı ola bilər