Sevgilisinə 18 min dəfə zəng etdi, həbs edildi

19:28

19 Mart

lady gaga

Danimarkada maraqlı hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, ölkənin Holbik bölgəsində 40 yaşlı bir şəxs eks sevgilisinə 3 ay ərzində 18 min 36 dəfə zəng edib. Zənglərdən narahat olan qız polisə müraciət edib. Məhkəmə şəxs haqqında uzaqlaşdırma qərarı verib. Lakin qərara əməl etməyən və qadınla başqa yollarla əlaqə qurmağa çalışan şəxs 1 il müddətinə həbs edilib.

 

Daha sonra deyilənləri rədd edən şəxs müxtəlif yollarla qadının evinə və əşyalarına ziyan verməyə başlayıb. Bu səbəblə sözügedən şəxsin həbs müddəti 1 ildən 15 aya artırılıb.

Sizə maraqlı ola bilər