Sevgilisini bıçaqladığı deyilən Günay Musayeva AÇIQLAMA yaydı: “Qonşuların şikayəti ilə polisə…”

20:21

21 May

lady gaga

Xəbər verdiyimiz kimi bu gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın xeyli müddətdir birlikdə olduğu biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlaması ilə bağlı xəbərlər yayılıb.

 

Primetime.az xəbər verir ki, G. Musayeva bu barədə açıqlama yayıb. O, yayılanların yalan olduğunu detib:

 

“Bu gün haqqımda çıxan – sevgilim Taha Tatlıcıya hücum etdiyimə dair xəbər tamamilə reallıqdan kənar və yaralayıcıdır. Bu xəbər vasitəsilə həm mənə, həm də Taha Tatlıcıya qarşı ağır bir ittiham ortaya atılmışdır. Sevgilim Taha ilə aramızda yaşanan bəsit bir mübahisə qonşuların şikayəti ilə polisə ötürülmüşdür və daha sonra da hər iki tərəf gedərək yanılış anlaşılmanın düzəldilməsi istənilmişdir. Cütlük olaraq aramızda heç bir problem yoxdur, hazırda münasibətimiz davam edir. Artıq gündəmi məşğul etmək istəmirik. Bu açıqlama birbaşa Taha Tatlıcı və Günay Musayeva tərəfindən qələmə alınaraq yayılmışdır”.

 

Xatırladaq ki, yayılan məlumatlarda bildirilirdi ki, davaya səbəb cütlük mübahisə edərkən Tahanın Günay və oğlu Cihangiri döyməsi olub.

Sizə maraqlı ola bilər