Sevgilisinin 40 min dollardan çox pulunu oğurladı

17:57

17 May

lady gaga

Türkiyənin Antalya bölgəsində 36 yaşlı Əli Rezeqoli sevgilisindən polisə şikayət edib. Buna səbəb isə özü kimi iranlı sevgilisi Fereşted D.-nin təxminən 200 min Türk Lirəsini oğurlayıb qaçması olub.

Mədən işçisi olan Ə. Rezeqoli bir müddət əvvəl tanış olduğu sevgilisi ilə Antalyaya gəlib. Antalyada qaldıqları müddət ərzində dənizə getmək istəyən Əli, sevgilisinə onunla gəlməsini təklif edib.

Fereşted  isə yatmaq istədiyini deyib. Bundan sonra Əli dənizə qonşusu ilə gedib. Lakin o, evə qayıtdıqda nə sevgilisini, nə  də pullarını evdə tapa bilib.

Əli polisə ifadəsində “birlikdə xəyallarımız vardı.Evlənməyi düşünürdük. Öncə qəlbimi, sonra pullarımı götürüb getdi. Tezliklə tapılmasını istəyirəm. Gözünün içinə baxıb bunu niyə etdiyini soruşmaq istəyirəm” deyib.

Qadının tapılması istiqamətində araşdırmalara başlanılıb.

Sizə maraqlı ola bilər