Şeyma Subaşı yaratdığı mobil tətbiqi təqdim etdi

11:49

14 İyun

lady gaga

Türkiyəli iş adamı və televiziya rəhbəri Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşı yeni mobil tətbiq yaradıb. Sosial media fenomeni olan Subaşı növbəti günlərdə istifadəyə veriləcək “İt-is-ok” adlı tətbiq haqqında Acunla birlikdə qatıldığı proqramda danışıb.

Yaradılan proqram daha çox moda sevərlər üçün nəzərdə tutulub. Belə ki, moda aludəçiləri sevdikləri geyim dəstlərini  proqrama yükləyəcəklər. Digər istifadəçilər isə geyimləri verdikləri bal ilə dəyərləndirəcəklər.

Qeyd edək ki, Acun ilə Şeyma cütlüyü 18 Sentyabr 2017-ci il tarixində evlənib.

 

 

Sizə maraqlı ola bilər