Sinoptiklər Bakıda 10 dərəcə isti vəd edirlər

13:45

12 Yanvar

lady gaga

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var.

 

Bu barədə Primetime.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

 

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 0-2° isti, gündüz 8-11° isti, Bakıda gecə 0-2°, gündüz 8-10° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti təşkil edəcək.

Sizə maraqlı ola bilər