Somalidə sünnət olunan 10 yaşlı qız həyatını itirdi

13:17

23 İyul

lady gaga

Somalidə dəhşətli hadisə baş verib. Belə ki, qadın sünnətçi tərəfindən sünnət olunan 10 yaşlı qız uşağı qan itirməsi nəticəsində dünyasını dəyişib.

Dhusamareb bölgəsində yerləşən Hanano xəstəxanasının baş həkimi Dr. Abdirahman Omar Hassan verdiyi açıqlamada indiyədək belə bir sünnət görmədiyini deyib.

Dahir Nur adlı ata isə bunun mədəniyyətlərinin bir hissəsi olduğunu deyərək sünnəti həyata keçirən qadını məhkəməyə verməyəcəyini açıqlayıb.

Ölkədə qadınların 98%-i sünnət olunduğu üçün bu cinayəti cəzalandıran bir qanun yoxdur.

 

Somalidə qadın sünnətinin cəzalandırılması üçün atılan addımlar uğursuzluqla nəticələnib. Verilən məlumata görə, siyasətçilər, bunun din baxımından lazım olduğuna inanan xalqla əks mövqedə olmamaq üçün qanuniləşdirməkdən uzaq durur.

Ölkədə sünnət olmayan qız uşaqlarının basqı altında olduğu bildirilib.

 

Sizə maraqlı ola bilər