SON DƏQİQƏ! Tramp bu qərarla “zəfərini” elan etdi

10:41

12 Sentyabr

lady gaga

ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının ölkəyə qəbul edilmiş Mərkəzi Amerikalı miqrant sayının məhdudlaşdırılması tələbini təsdiqləyib.

 

Primetime.az xəbər verir ki, məhdudiyyət Honduras, Qvatemala və El Salvador kimi ölkələrdən gələn miqrantlara aiddir. Bundan başqa Mərkəzi Amerika ölkələrində yaşayan, lakin ikinci ölkə vasitəsilə ABŞ-a gələrək sığınacaq istəyən miqrantlar rədd ediləcək.

 

Qərarla bağlı sevincini “Twitter” hesabından paylaşan Tramp “sərhəd miqrasiyasında böyük bir ABŞ Ali Məhkəmə zəfəri!” – deyə qeyd edib. Qeyd edilib ki, yeni qərarla sözügedən ölkələrdən gələn miqrant və sığınacaq istəyənlərin sayında ciddi azalma olacaq.

Sizə maraqlı ola bilər