Söyüşə görə aparıcı işdən çıxarıldı – Space TV-də qalmaqal

11:02

8 Aprel

lady gaga

Xəbər verdiyimiz kimi, ötən gün  “Hər səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasov mahnı oxuyarkən qeyri-etik ifadələrdən istifadə edib. 

 

Primetime.az xəbər verir ki, Space TV proqramda dəyişiklik edib. Beləki,  proqramın aparıcısı Anar Vaqifoğlunu əməkdar artist Çingiz Əhmədov əvəzləyib.

 

Qeyd edək ki, MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

 

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev isə işdən uzaqlaşdırılıb.

Sizə maraqlı ola bilər