Şri-Lankada 38 illik qadağa ləğv edilir

16:38

12 Yanvar

lady gaga

Şri-Lanka qadınların spirt satmasını, spirtin istehsal edildiyi və satıldığı yerlərdə işlədilməsini qadağan edən 38 illik qayda ləğv edilib.

Bu barədə Şri-Lanka Maliyyə naziri Mangala Samaraweera məlumat verib.

O, ictimai gender bərabərliyini təmin etmək məqsədilə qadağanı ləğv edən bəyanatı imzaladığını açıqlayıb.

Qeyd edək ki, qadağa 1979-cu ildən bu yana Şri-Lankada qüvvədə qalıb.

Ancaq bir çox müəssisə, qadağaya baxmayaraq qadınlara spirt satıb və ya spirt satmaq üçün qadınları işlə təmin edib.

Sizə maraqlı ola bilər