Stadionda qəribə səslər eşidən adam qorxunc mənzərə ilə qarşılaşdı – VİDEO

16:19

17 May

lady gaga

Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən “Tomas Adolfo Duko” stationunda qorxunc hadisə yaşanıb. Belə ki, gecə növbəsində işləyən Raul Arquello adlı adam ruhla qarşılaşdığını iddia edib.

Gecə 23:00 radələrində alt mərtəbələrdən səs gəldiyi eşidən Raul aşağıya enib. Bunun 3-cü dəfə olduğunu deyən 32 yaşlı adam “nə olduğunu bilmirəm, amma mənə inanmaları üçün bunu kameraya çəkəcəm” deyərək baş verənləri qeyd etməyə başlayıb.

Aşağıya endikcə səsin soyunub-geyinmə otağından gəldiyini anlayan Arquello qapının sərt şəkildə açılıb-bağlandığını görüb. Otağa girdikdə isə qarşısında heç kimi görməyən adam kameranı söndürməyib. Lakin o, divardan keçən kölgəni görən kimi oradan uzaqlaşıb.

Bu görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Sizə maraqlı ola bilər