Sumqayıt sakini Qaradağda “Vaz”ı aşırdı, arvadı öldü

15:50

14 Avqust

lady gaga

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşıb.

 

Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər