Sumqayıtda DƏHŞƏT: Yük maşını gənc qızın üstündən keçib öldürdü – VİDEO(18+) – YENİLƏNİB

21:53

12 İyul

lady gaga

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Səməd Vurğun küçəsində “Hacı Zeynalabdin Tağıyev” istiqamətinə gedən avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, yolu keçmək istəyən piyada, 1995-ci il təvəllüdlü Əhmədzadə Səbinə Elçin qızını “KamAZ” markalı yük avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Qəzanı törədən yük avtomobilinin sürücüsü saxlanılıb.

 

Faktla bağlı araşdırm aparılır.

 

***

 

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az-ın əldə etdiyi məlumata görə, bu gün axşam saatlarında “KamAZ” markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub.

 

Bildirilir ki, təxminən 20-22 yaşlarında olan qadın hadisə yerindəcə keçinib. Hadisə şahidlərinin dediyinə görə, gənc qadın avtobusdan düşüb yolu keçmək istəyərkən hadisə baş verib.

 

Sizə hadisə yerindən görüntüləri təqdim edirik.

 

Sizə maraqlı ola bilər