Sumqayıtda tələbələr dönərdən zəhərləndi

14:19

12 Oktyabr

lady gaga

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

 

Primetime.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri – 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

 

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Sizə maraqlı ola bilər