Sumqayıtda velosipedlərə qənim kəsilən şəxs saxlanıldı

18:42

14 Avqust

lady gaga

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq edən şəxs yaxalanıb.

 

Daxili İşlər Nazirliyindən bildirilib ki, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov iyulun 14-dən avqustun 12-dək doqquz şəhər sakininin velosipedlərini oğurlamaqda şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata əsasən, Fərəcov oğurluğu təkbaşına törətməyib. Ona kömək edənin kimliyi də artıq dəqiqləşdirilib.

 

Hazırda onun axtarışları davam edir.

Sizə maraqlı ola bilər