Sürücülərin diqqətinə: Bu yollarda rənglənmə işləri aparılacaq

11:27

12 İyun

lady gaga

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

 

Bu barədə Primetime.az-a  “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

 

Anoloji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq    .

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizə maraqlı ola bilər