Sürücülərin nəzərinə: Bakıdakı bu yolda hərəkət qaydası dəyişir – VİDEO

22:05

17 May

lady gaga

Bakı Dairəvi yolunda nəqliyyatın hərəkəti dəyişdirilir.

 

Dəyişikliklər Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi ilə olunur.

 

Aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn nəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.

 

Bütün bu işlər nəticəsində həm ”Şamaxinka” adlanan ərazisinin nəqliyyat yükü nəzərə çarpacaq dərəcədə azalacaq, həm də Yeni Yasamaldan Biləcəri-Sumqayıt istiqamətinə gedən sürücülərin işi asanlaşacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər qısa müddət ərzində yekunlaşdırılacaq.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər