Sürücülərin nəzərinə: bu küçədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:22

16 May

lady gaga

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

 

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub.

 

Bildrilir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Sizə maraqlı ola bilər