Təcili yardım avtomobili qəzaya uğradı, yaralılar var – Azərbaycanda

22:15

11 İyul

lady gaga

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın “Mercedes” markalı avtomobillə toqquşub

 

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü. Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər