Təyyarə qəzasında ölənlərin cənazələri Türkiyəyə aparıldı. Ailələri qarşıladı – VİDEO

15:36

14 Mart

lady gaga

İranda təyyarə qəzasında ölən türkiyəlilərin cənazələri İstanbula aparılıb.

Hərbi təyyarə ilə gətirilən 10 nəfərin cənazəsini Atatürk Hava Limanında yaxınları qarşılayıb.

Dubaydan İstanbula qayıdarkən özəl təyyarənin qəzaya uğraması nəticəsində ölən Mina Başaran, Zeynep Coşkun, Aslı İzmirli, Ayşe And, Liana Hananel, Jasmin Baruh Siloni, Burcu Gündoğar Urfalı və Sinem Akayın dəfn mərasiminin birlikdə keçiriləcəyi deyilib.

Qeyd edək ki, “Başaran” holdinqə məxsus olan özəl təyyarə bazar günü İranda qəzaya uğramışdı. Qəzada 11 nəfər həyatını itirmişdi.

Sizə maraqlı ola bilər