Təyyarənin motorunun qapağı havada qopdu – VİDEO

11:55

14 Fevral

lady gaga

ABŞ-da San-Fransisko şəhərindən Havay adalarına gedən 777 Boeing tipli təyyarənin havada mühərrik qapağı qopub.

Sərnişinlər ölüm qorxusu ilə üz-üzə qalıblar.

Hadisənin meydana gəlməsindən 22 dəqiqə sonra polislər təyyarənin endiyini açıqlayıb.

Hadisə ilə əlaqədar olaraq Milli Nəqliyyat Təhlükəsizlik İdarəsi (NTSB) istintaqın başladığını bildirib.

Sərnişinlər baş verənləri telefonları ilə çəkərək sosial şəbəkədə yayımlayıblar.

Videoda bəzi sərnişinlərin qışqırdığı, qarşılarındakı kreslolardan tutduqları görünüb.

 

Sizə maraqlı ola bilər