“Məhəllə 3” filmi 15 il sonra 15 martdan kinoteatrlarda – VİDEO

13:27

11 Mart

lady gaga

Xəbər verdiyimiz kimi, mart ayının 3-də Heydər Əliyev Sarayında “Məhəllə 3” filminin təqdimatı baş tutub.

 

Primetime.az xəbər verir ki, filmin prodüserləri əməkdar artistləri Tahir və Cabir İmanovlar, rejissoru isə İsmayıl Zeynalovdur. Filmdə tanınmış aktyorlar – Dilarə Əliyeva, Bəhram Bağırzadə və gənc simalar yer alıb. Eyni zamanda xalq artisti Hacı İsmayılov və Nübar Novruzova da çəkilib.

 

Film martın 15-dən Park Cinema şəbəkələrində izləyicilərin görüşünə gələcək.

 

“Sovetski” məhəlləsinin sökülməsi ilə başlanan film mövzusu daha sonra oğurlanan bahalı xalça ətrafında cərəyan edir. Film yumor və gülüş səhnələri ilə zəngindir. “Məhəllə 3” filmi 15 il aradan sonra ekranlaşdırılıb.

 

Əvvəlki filmlərdə olduğu kimi “Məhəllə 3″də də proseslər maraqlı ssenari üzrə cərəyan edir. Belə ki, zəngin iş adamlarından birinə məxsus XV əsrə aid, dəyəri iki milyon manat olan xalçanın oğurlanması kriminal xarakterə malik iş adamı və onun bütün çevrəsini ayağa qaldırır. Xalçanın təsadüfən Eliş və Roşka tərəfindən tapılması isə bütün  “Məhəllə”ni qəzəbli iş adamının hədəfinə çevirir. Bu sırada “Məhəllə”ni sökmək və onun yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin təmsilçisinin tez-tez məhəlləyə gəlişi “Məhəllə”dəki gərginliyi daha da artırır.

 

Qeyd edək ki, martın 15-dən etibarən “Məhəllə 3”-ə yerli kinoteatrlarda baxa bilərsiniz.

Sizə maraqlı ola bilər