Taksidə öpüşən lezbian cütlüyü qovan sürücü cəzalandırıldı – FOTO

20:23

13 İyun

lady gaga

Amerika Birləşmiş Ştatlarında daha bir qalmaqallı hadisə yaşanıb.

 

Xarici KİV-də yer alan xəbərə görə, taksidə öpüşən lezbian cütlüyü qovan sürücü cəzalandırılıb.

 

Bildirilir ki, Nyu-York şəhərində 26 yaşlı Aleks Lovine və Emma Piçl (24) “Uber” şirkətinə məxsus taksidə gedərkən öpüşüblər. Avtomobili dayandıran sürücü bu hərəkətin qeyri-qanuni olduğunu deyib və tərəflər arasında mübahisə düşüb. Nəticədə sürücü cütlüyü avtomobildən qovub.

 

Hadisə ilə bağlı həm A. Lovine, həm də sürücü şikayətçi olub. Hər hansı bir ayrıseçkiliyə dözmələrinin mümkünsüz olduğunu bildirən “Uber” şirkəti isə sürücünü cəzalandıraraq onunla əməkdaşlığa son qoyub.

 

Sizə maraqlı ola bilər