Tamamilə buzdan inşa edilən otelin bənzəri yoxdur – VİDEO

13:15

12 Yanvar

lady gaga

Finlandiyanın Laplandiya bölgəsində inşa edilən otel turistlərin böyük marağına səbəb olub.

Laplandiyada bu otelə gedənlər məşhur serial “Taxtların Oyunu”(Game of Thrones) mövzulu otaqlarda qalıb Westeros təcrübəsini yaşayırlar.

Möhtəşəm otel Şimal Qütb Dairəsinin 125 mil uzaqlığında, paytaxt Helsinkidən 90 dəqiqə məsafədə yerləşir. Otel ümumilikdə 24 otaqdan ibarətdir.

Dünyanın dörd bir yanından peşəkar buz heykəltəraşları tərəfindən hazırlanan hər bir otaqda populyar serialla bağlı fiqurlar var.

Otaqların temperaturu -5 dərəcə civarındadır. Ağır şərtlərə görə oteldə ən çox 1 gecə qalmaq təklif edilir.

Sizə maraqlı ola bilər