Tanınmış həkim yayılan xəstəlikdən danışdı. “Qrip deyil”

12:46

12 Yanvar

lady gaga

Artıq bir müddətdir şəhər əhalisi arasında halsızlıq, boğaz ağrısı, qızdırma, öskürək kimi halların müşahidə olunduğu xəstəlik yayılıb.

5 nəfərdən 2-sində bu hal müşahidə olunur. Maraqlı tərəfi isə budur ki, bu xəstəlik müəyyən bir müddət davam edir. Vətəndaşlar bildirir ki, tibbi müdaxilələrə baxmayaraq, xəstəlik çox çətinliklə gedir. Hətta iki ay bundan əziyyət çəkən insanlar belə var.

Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybullanın fikirləri öyrəndik. Professor bildirdi ki, hazırda yayılan xəstəliklə bağlı konkret infeksiya növü rəsmən açıqlanmayıb:

“Söhbət ondan gedir ki, yuxarı tənəffüs yollarında hücuma hazır vəziyyətdə mikroblar var. İnsan bərk soyuqladıqda, imun sistem zəiflədikdə mikroblar fəallaşır və başlayırlar həmin zonada iltibahi proses törətməyə. Bu proses də qripə bənzər əlamətlərlə gedir. İnsanlar bunu qrip adlandırır, amma deyil. Qrip konkret olaraq bir karantin infeksiyasıdır. Bilirik ki, dünyada dörd karantin infeksiyası var, taun, vəba, sarı qızdırma və təbii çiçək. Təbii çiçək Ümumdünya Səhiyyə Təşkilatı vaksin aksiyasından sonra yoxa çıxmış sayılır və onun yerinə qripi əlavə edilib. Ancaq hazırkı xəstəlik məhz insanların bir-birini yoluxdurması nəticəsində yayılıb. Bu hər il baş verir, hər il biz bunun şahidi oluruq. Nəzərinizə çatdırım ki, bu  bilavasitə imun sistemin zəifləməsindən qaynaqlanır. İmun sistemi zəiflədən amillər isə düzgün qidalanmamaq, süni qidalardan istifadə etmək və ekoloji vəziyyətdir.

Bunun qarşısını almaq üçün maskalardan istifadə etmək ilkin şərtdir. Yaxşı olar ki, xəstə şəxslər bir müddət yataq rejiminə keçsin. Çoxlu miqdarda maye qəbul etsinlər. Həkimə müraciət etsinlər, bunu xüsuilə qeyd edirəm. Çünki çox adam belə diskomfort hallar baş verdikdə gedirlər özbaşına aptekdən antibiotik alırlar və istifadə edirlər. Bu, yolverilməzdir. Ona görə də həkimə müraciət etmək mütləqdir”.

Ayşən Ağayeva

Sizə maraqlı ola bilər