Tanınmış müğənni Bakıda restoranda ZƏHƏRLƏNDİ

13:11

21 Mart

lady gaga

Müğənni Elmira (Emma) Ələkbərzadə bayram günü arzuolunmaz halla üzləşib.

 

Primetime.az xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb. O, restoranda yediyi yeməkdən zəhərləndiyini və halının pisləşdiyini bildirib:

 

“Bayılda “Riviera” restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm ki, zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”.

 

Emma vurğulayıb ki, bayram bitəndən sonra həmin restorana gedərək şikayət edəcək.

 

Sizə maraqlı ola bilər