Tanınmış müğənnimizin oxuduğu toya traktorla hücum edildi: “Bıçaqla kürəyindən vurdu”

20:50

13 Mart

Bu gün tanınmış müğənni Qədir Qızılsəs Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

 

lady gaga

İfaçı mağar toyunda olarkən başına maraqlı hadisə gəldiyini deyib:

 

“Bir dəfə toyda idim. Toy yiyəsinin kiminlə düşmənçiliyi var imiş. Məclis də açıq havada idi. Toyda çoxlu insan vadı. Bir də gördük ki, hərə bir yana qaçdı. Həmin adamın düşməni traktorla insanların içinə daxil olub, o yana bu yana sürür.

 

Bir dəfə də həyət toyunda olarkən maraqlı hadisə baş verib. Bir nəfər mənə yaxınlaşıb muğam oxumağımı dedi. Başqa biri isə onu anidən bıçaqla kürəyindən vurdu. Bıçaqla 2-3 zərbə endirdi. Təxminən 20 il bundan qabaq baş vermiş hadisədir”.

Sizə maraqlı ola bilər