Tbilisidə Mirzə Fətəli Axundovun xatirəsi anıldı – FOTO

17:00

10 Mart

lady gaga

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi və mütəfəkkiri Mirzə Fətəli Axundovun vəfatının 141-ci ildönümü ilə bağlı tədbir keçirilib.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində böyük ədibin xatirəsi anılıb.

 

“Mirzə Fətəli Axundov və Tiflis” adlı tədbirdə azərbaycanlı gənclər və ziyalılar iştirak ediblər.

 

Tədbirdə dramaturq haqqında müxtəlif dillərdə nəşr olunmuş kitablar, onun və ailə üzvlərinin portret və fotoları sərgilənib.

 

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbir işitrakçılarına yazıçının həyat və yaradıcılığı barədə məlumat verib. O bildirib ki, M.F.Axundov 66 illik ömrünün 44 ilini Tbilisidə yaşayıb.

 

L.Əliyeva xatırladıb ki, Tbilisidə M.F.Axundovun adına küçə var və şəhərdəki 73 saylı Azərbaycan dilli məktəb də onun adını daşıyır.

 

Muzey direktorunun sözlərinə görə, böyük ədibin bütün əsərləri gürcü dilinə tərcümə olunub və yaxın zamanlarda həmin əsərlərin yer aldığı kitab işıq üzü görəcək.

 

Tədbir çərçivəsində rejissor Ramiz Həsənoğlunun M.F.Axundovun 200 illik yubileyi ilə əlaqədar çəkilmiş “Sübhün səfiri” filmi də nümayiş etdirilib.

 

Sizə maraqlı ola bilər