Təranə hakim qarşısına çıxdı-FOTO

12:58

12 İyul

lady gaga

Xəbər verir ki, bir müddət əvvəl prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Artıq iş yekunlaşıb və Nərimanov rayon Məhkəməsinə göndərilib. Redaksiyamıza daxil olan məlumata görə, bu gün prodüser T.Səmədova saat 10:00-da keçirilən ilkin iclasda hakim qarşısına çıxıb.O məhkəməyə gələn vaxt müxbirimizin kamerasına da tuş gəlib və onun məhkəməyə girişin lentə ala bilmişik.

Qeyd edək ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib. Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, Təranə Səmədova müğənni Kərim Abbasovun keçmiş həyat yoldaşıdır və hazırda iddialara görə Azərbaycan hava Yolları (AZAL)-da çalışan Samir adlı şəxslə sevgilidirlər.

Veteninfo.az//

Sizə maraqlı ola bilər