Təyyarədə internetə girənlərin nəzərinə – ŞOK OLACAQSINIZ!

12:40

16 Aprel

lady gaga

Belçikadan Dubaya səyahət edərkən təyyarədə yolboyu internetdən istifadə edən şəxsə 5.463 avro telefon borcu gəlib. 

 

Primetime.az xəbər verir ki, Belçika mediasında yer alan xəbərə görə, Valonya bölgəsindən olan bloq yazarı Brüsseldən Dubaya uçuşu müddətində internetdən istifadə edib. Səyahət sonrasında isə Belçikanın ən məşhur telefon operatoru abunəsi olan sözügedən şəxsə 5.463 avro dəyərində telefon borcu gəlib.

 

Buna isə telefon operatorunun uçuş zamanı internet xidmətinin olmaması, bu səbəblə də sərnişinin yüksək qiymətli peykdən internet bağlantısına köçürülməsi səbəb olub. Telefon operatoru rəsmisi normal hallarda internet istifadəsi 60 avronu keçdikdə xəbərdarlıq mesajı göndərildiyini və istifadənin avtomatik blonlandığını, lakin sərnişinin telefonunda həmin seçimi bağladığını bildirib. Gələn borc qarşısında şoka düşən şəxs isə lazımi mesajın ona uçuş sonlandığı zaman gəldiyini iddia edib.

 

Telefon operatoru ilk dəfə belə bir halla qarşılaşdıqlarını və bunun üçün həll yolu tapacaqlarını qeyd edib.

Sizə maraqlı ola bilər