Tiramisu tortu Ginnesin Rekordlar kitabına düşdü

13:57

14 Fevral

lady gaga

Dünyada İtaliyanın ən sevilən tortu kimi tanınan tiramisu Ginnesin Rekordlar Kitabında öz yerini alıb.

İtaliyanın şimalındakı Gorizia şəhərinə bağlı Vilessedə 30 tort ustasının hazırladığı rəsmi rekord sınağı uğurla nəticələnıb.

Dünyanın ən uzun tiramisu tortu hakimlər tərəfindən təsdiq olunub

Daha öncəki 200 metr uzunluğundakı tiramisu tortunun rekordu bu dəfə 266.90 metr ilə qırılıb.

Tortun hazırlanmasında 400 kilo mascarpone pendiri, 400 kilo krem, 48 min ədəd biskvit, 420 litr espresso qəhvəsi, 3 min yumurta, 200 kiloqram şəkər, 47 litr Marsala liköru və15 kiloqram kakaodan istifadə edilib.

Sizə maraqlı ola bilər