Tolik Könül Xasıyevaya görə ağladı – VİDEO

17:06

14 Mart

lady gaga

Bu gün “Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişində maraqlı anlar yaşanıb.

Belə ki, xalq artisti Könül Xasıyevanın qonaq olduğu proqramda T.Əliyev göz yaşlarını saxlaya bilməyib.

Prodüser K.Xasıyevaya hər zaman xoş günlərini görməyi arzulayıb:

“Mən istəməzdim ki, nə vaxtsa kimdənsə nə isə umasınız. Çünki sizin sənətiniz çox böyükdür. Hər zaman sənətinizlə irəlidə olun.Sizi çox istəyirəm.

İstəməzdim ki, kimsə sizə dəstək olduğunu desin. Ola bilər ki, Könül xanımın ehtiyacı olur. Amma sağ olsun dövlətimiz xalq artistinə dəstək durur. İnşallah yeni evinizə gəlin gətirəsiniz. Heç vaxt ağlamayasınız”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər