Tolikdən Mənzurəyə “Rəhmətlik İlhamə xanım kimi pulları gizlədirsən?”

11:03

14 Fevral

lady gaga

“Xəzər” Tv-də prodüsser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişinin qonaqlarından biri müğənni Mənzurə Musayevadır.

Ötən ilin sonu qızına toy edən ifaçı ilə T.Əliyev arasında maraqlı dialoq yaranıb.

Belə ki, Tarix Əliyev M.Musayevadan toydan yığılan pulların aqibətini soruşub:

  • Son vaxtlar nəsə sakitçilikdir. Qızını gəlin köçürəndən sonra pulunu saymısan, bildiyim qədəri ilə 100 min manatdan artıq yığmısan. Düzünü de nə aldın? Bax,toy qurtardı o dəqiqə pulun yığıldığı qutunu istədin. Restoranın haqq-hesabını verdin. Qıza da 5-10 min verdin ki, bir neçə ay başınızı dolandırın. Bəs qalanını nə etdin?

 

  • Yox, qızıma heçnə vermədim. Borcları ödədim.

 

  • Borcları niyə etmisən? Maşallah toylara gedirsən. Nə vaxt zəng vursam hansısa rayonda xeyir işindəsən. Qazancını yastığının altına yığırsan ya rəhmətlik İlhamə xanım kimi pulları gizlədirsən?

 

  • Bəxtəvər başına, bilirsən ki, biz 5 uşağıq və evdə ruzi bir adama verilir. Həmin adam da simiclik etsə əlinin ruzisi gedər.

 

  • İndi verilişin telefon nömrəsin yayımlasam və desəm ki, Mənzurə xanımın bacıları zəng etsin görüm onlara axırıncı dəfə nə vaxt pul vermisən? Deyəcəklər ki, verməmisən. Ümumiyyətlə əl tutmağı sevirsən? Qohumlarını nəzərdə tuturam. Bilirəm ki, başqalarına etmirsən.

 

  • Kim məndən nəsə istəyibsə gücüm çatan qədər köməklik etmişəm. Amma mən özüm də kimlərdənsə aslı biriyəm. Yəni toy olmasa ruzim də olmaz.

 

  • Kasıb oğlanla ailə qurarsanmı? Kasıb deyəndə, ayda 300-400 manat qazanan birini nəzərdə tuturam.

 

  • Təbii ki, quraram. Çünki həmin adam özündə məsuliyyət hiss edir. Gücü nəyə çatır qazanır. Amma biri də var ki, sırf evdə oturur və deyir ki, gətir yeyim.

 

Teymur Məmmədov

Sizə maraqlı ola bilər