“Kimisə aparıb, kiminsə yanında…” – Toliklə “Pişik” Günel arasında qalmaqal

19:40

17 May

lady gaga

Prodüser Tarix Əliyevlə (Tolik) müğənni Günel Ələkbərova arasında qalmaqal yaşanıb.

 

Buna səbəb xanım ifaçının “Show time” verilişində dediyi “Azərbaycanlı müğənnilərdən Türkiyədə yalnız Zeynəb Xanlarovanı və Azəri Güneli tanıyırlar” sözlər olub.

 

Tolik sosial şəbəkədə onun fikirlərinə etiraz edərək bu fikirləri səsləndirib: “Ay Günel, səni hələ Bakıda tanısınlar. Hər çıxan kiməsə söz atır. Heç özlərini Azərbaycanda tanıyan yoxdur, o ki qalsın Türkiyədə tanısınlar. Yaman Türkiyəyə gedənlərin daşı ağır olub”.

 

Prodüserin bu sözlərinə xanım müğənninin cavabı da gecikməyib.  O, kinayəli şəkildə cavab yazıb: “Ay Tolik, sən Allah bağışla. Bu dəfə günahımdan keç. Gələn dəfə mənə sual veriləndə cavab verməzdən öncə səndən icazə alaram, ağsaqqal. Deyirəm hər mövzuda ortaya atılmasan olmaz. Birincisi mən hər yerindən duran müğənni deyiləm. Sən Almaniyada qıy vuranda mən artıq müğənni idim. Yəni 2003-dən. İkinci də ki, Azərbaycanda da yetərincə tanınıram. Və bəziləri kimi pullar töksəydim, dünya ulduzu olardım. O ki qaldı daş düşmək məsələsinə, sən axı bilirsən mənim daşım necə ağırdı. Ona görə də namərdcəsinə üzümə gülüb, məni çox yerlərdən burublar”.

 

Bir qədər sonra isə Tolik yenə fikir bildirib: “Günel, sən hələ piar olunmağın yollarını öyrən ki, jurnalistlərə öz materiallarını yollayıb, paylaşmalarını xahiş etmə. İndi deyirəm, sən, nə vaxtsa ulduz olubsan. Birdə ki, mən sənin ətrafındakılardan fərqli olaraq, “qıy” vurmamışam. Anam Almaniyada yaşayır, mən isə cəmi iki il olmuşam. İndi Azərbaycandayam, 100 müğənnidən çox iş görmüşəm. Adım da bəziləri kimi lazımsız yerdə hallanmır. Məni bəzi prodüserlərlə səhv salma. Kimisə aparıb, kiminsə yanında yemək yeməmişəm”.

Sizə maraqlı ola bilər