Tramp ilk rəsmi sağlamlıq müayinəsindən keçdi

11:53

13 Yanvar

lady gaga

Ağlının yerində olmadığı iddiasından sonra ABŞ prezidenti Donald Tramp ilk dəfə sağlamlıq müayinəsindən keçib.

Virciniya ştatında yerləşən Uolter Reed Milli Hərbi Tibb Mərkəzindəki müayinədən sonra Doktor Ronny Jackson yazılı olaraq qısa açıqlama yayıb.

Ağ Ev tərəfindən yayımlanan açıqlamada Trampın sağlamlığının mükəmməl olduğu bildirilib:

“Trampın Uolter Reed Milli Hərbi Tibb Mərkəzindəki müayinəsi mükəmməl keçdi. Prezidentin sağlamlığı əladır, buna heç kimin şübhəsi olmasın”.

Prezidentin fizioloji sağlamlığından daha çox psixoloji sağlamlığının araşdırılması lazım olduğu müzakirə edilir.

 

 

Sizə maraqlı ola bilər